Oktyabrın 8-dən 10-dək Türkmənistanın Mərv (Marı) şəhərində TÜRKSOY-a daxil olan ölkələrin Teatr Direktorları Şurasının toplantısı keçiriləcək. Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib ki, beynəlxalq tədbirdə Azərbaycanı Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov təmsil edəcək.
Bu, türkdilli ölkələrin milli teatr rəhbərlərinin üçüncü toplantısıdır.
Qeyd edək ki, bu il Türkmənistanın Mərv şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Toplantıda TÜRKSOY-a üzv ölkələr arasında teatr sahəsində işbirliyi, “Haldun Taner ili” çərçivəsində həyata keçirilən fəaliyyət, qardaş teatrlar arasında repertuar mübadiləsi və digər məsələlər müzakirə ediləcək. Həmin tarixdə Mərv Dövlət Teatrı salonunda TÜRKSOY-a üzv ölkələrin teatr tamaşası nümayiş olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar