Bu yaxınlarda Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən "Gənclər nə istəyir?" mövzusunda toplantıda teatrın gənc əməkdaşları bir sıra təklif və təşəbbüslərlə çıxış etmişdilər. Teatrın rəhbərliyi gənclərin daha effektli yaradıcı fəaliyyətlə məşğul olmasını təmin etmək üçün yaradıcılıq studiyasının təşkil edilməsinə qərar verib. Direktor Əliqismət Lalayev bildirib ki, bu addım milli teatr mədəniyyətinin inkişafını təmin etmək, gənclərdə musiqili teatra marağı daha da artırmaq, müasir və milli səhnə sənətinin hərtərəfli inkişafını istiqamətləndirmək məqsədi daşıyır. İstəyimiz kollektivimizin gənc üzvləri ilə yanaşı, musiqili teatr sənəti sahəsində təhsil alan xoreoqrafiya, vokal, aktyorluq və ifaçılıq sahəsində xüsusi bacarığı olan istedadlı gənclərin yaradıcılığına dəstək olmaq, novator səhnə formalarını tətbiq etmək, gənclərin musiqili teatr janrında yaradıcılığına keyfiyyətli zəmin yaratmaqdır.
Əməkdar incəsənət xadimi, tanınmış rejissor Əsgər Əsgərov Azərbaycan Dövlət Musiqili Teatrının nəzdində yaradıcılıq studiyasının rəhbəri təyin olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar