Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" tamaşasının premyerasını təqdim edəcək. Teatrın baş rejissoru Ərtoğrul Kamalov bildirib ki, kollektiv yeni tamaşa ilə oktyabrın 15-20-də sənətsevərlərin görüşünə gələcək: “Yerli əhalinin tamaşalarımıza marağı böyükdür. Hazırda teatrda heç bir çatışmazlıq yoxdur. Tamaşaların kostyumları tikilir, dekorasiyalar hazırlanır. Hələlik teatrımızın yeni binası tikilənə qədər məşqlərimizi Ləzgi Dövlət Musiqili Dram Teatrının səhnəsində edirik. Yeni tamaşanı da bu teatrda nümayiş etdirəcəyik. Dağıstanın Mədəniyyət Nazirliyi bizim teatra lazımi şəraiti yaradır. İşlərimiz normal axarı ilə gedir".







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar