Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Sevil” operası yenidən nümayiş etdiriləcək.
Tamaşaya Əməkdar incəsənət xadimi, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev quruluş verib. Əsas rolları Xalq artisti Azər Zeynalov (Balaş), əməkdar artistlər Zemfira İsmayılova (Sevil) və Gülnaz İsmayılova (Dilbər) ifa edəcəklər.
Operanın dirijoru Əyyub Quliyevdir.
Qeyd edək ki, Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı opera elə həmin ildə Opera və Balet Teatrında tamaşaya qoyulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar