Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın məşqləri gedir. Balacaların sevimli məkanında bu dəfə teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda “Tilsimli meşə” adlı nağıl-tamaşa ərsəyə gətirilir.
Tamaşa kuklalarının rəngarəngliyi və say çoxluğu ilə də seçiləcək. Məhəmməd və Xəlil adlı iki qardaşın macəralarını, qəhrəmanlıq və sehr dolu aləmdəki mənfi qüvvələrlə mübarizəsini əks etdirən tamaşa uşaqlara mərdlik, cəsarət, əzmkarlıq və mübarizlik kimi hisslər aşılayır. Rejissor bu tamaşa ilə uşaqları az qala unudulmaqda olan, müasir vizual effektlər sayəsində zamanla sıradan çıxan sehr dünyasına, illər öncənin uşaqlarının inandığı nağıl qəhrəmanları ilə tanışlığa dəvət edir.
Teatrın baş rəssamı İqbal Əliyevin bədii tərtibat verdiyi səhnə əsərinin musiqisi məşhur klassik nümunələrdən seçmələrlə tərtib olunub. Rolları teatrın gənc aktyorları Elnur Xəlilov, Cavid Telman, Nərmin Nəbiyeva, Sona Quliyeva, Aygül Ağayeva və İlahə İmanova ifa edirlər. Tamaşa oktyabrın sonlarında balacaların ixtiyarına veriləcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar