Azərbaycan Dövlət Musiqili Teatrında yeni teatr siyasətinin formalaşmasını, islahatların aparılmasını, gənc istedadların dəstəklənməsini, yaradıcılıq və kadr potensialının yüksəldilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən yaradılmış komissiya teatra işə qəbulla bağlı müsabiqə elan edib. Müsabiqədə teatr sənəti sahəsində çalışan ali təhsilli və ya bu sahədə təhsil alan 20 yaşından yuxarı şəxslər iştirak edə bilər. Sənədlərin qəbulu 1 dekabr 2015-ci il tarixə qədər davam edəcək.
Azərbaycan Dövlət Musiqili Teatrının elan etdiyi digər müsabiqə simfonik orkestrdə, xor və balet heyətində işləmək istəyənlərlə bağlıdır. Müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Teatrda qəbul edilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar