Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində fransız bəstəkarı Adolf Adanın klassik balet sənətinin ən gözəl nümunələrindən biri “Jizel” baleti nümayiş olunub.
Uzun illərdən bəri teatrın repertuarında olan tamaşanın özəlliyi hər dəfə baş rollarda adlı-sanlı balet ulduzlarının çıxış etməsidir. Budəfəki tamaşada Jizel partiyasını Ukrayna Milli Operasının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələr laureatı Olqa Qolitsa, qraf Albert partiyasını isə çexiyalı balet ustası Van Yan ifa edib.
Tamaşada həmçinin Dövlət Opera və Balet Teatrının balet truppasının solistləri Elmira Süleymanova, Anar Mikayılov, Faiq Qubatov, Larisa Semyonova, Angelina Podolskaya və başqaları da rol alıblar.
Xalq artisti, professor Cavanşir Cəfərovun idarə etdiyi balet tamaşasını yerli sənətsevərlərlə yanaşı, xarici qonaqlar da izləyiblər.