Ruslan Həsənlinin anım tədbiri keçiriləcək

Oktyabrın 19-da Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində milli kukla sənətinin istedadlı nümayəndəsi Ruslan Həsənlinin 70 illiyinə həsr olunmuş anım tədbiri keçiriləcək.
Ruslan Həsənli 1945-ci il oktyabrın 20-də Bakıda doğulub. Teatr sənətinə məktəb illərindən maraq göstərərək müxtəlif xalq teatrlarında həvəskar aktyor kimi çıxış edib, rejissor köməkçisi olub. “Azərbaycanfilm”in nəzdində aktyorluq kursunu bitirib. 1971-ci ildə Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyətə başlayıb. Teatrın səhnəsində yaddaqalan rollar yaradıb, müxtəlif konsert proqramlarında parodiyaçı kimi çıxış edib. Naxçıvan Dövlət Kukla Teatrında bədii rəhbər işləyib. 2012-ci ildə dünyasını dəyişib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar