Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası daha bir xeyriyyə konsert-tamaşasına hazırlaşır.
Teatrın mətbuat xidmətindən bildirilib ki, bu dəfə balaca teatr həvəskarları həmyaşıdlarını 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə öz ətraflarına toplayacaqlar.
UNİMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə noyabrın 5-də keçiriləcək tədbirdə balaca istedadların ifasında “Yatmış gözəl” tamaşası təqdim olunacaq. Fransız yazıçısı Şarl Perronun məşhur əsəri əsasında yazıçı Səidə Haqverdiyevanın səhnələşdirdiyi və Cəmilə Allahverdiyevanın quruluş verdiyi tamaşa-konsertdə Azərbaycan və dünya nağıl qəhrəmanlarının vəhdətdə nümayişi nəzərdə tutulur.
Xeyriyyə tədbirinə Bakının internat məktəbi və uşaq evlərindən balacalar da dəvət olunacaq.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar