Bu il Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızının 60 yaşı tamam olur. Musiqili Teatr sənətkarın yubileyi ilə bağlı bir sıra tədbirlər planlaşdırıb.
Bu çərçivədə oktyabrın 20-də Mərdəkan Mədəniyyət evində Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin "Toya bir gün qalmış" komediyası nümayiş olunacaq. Aktrisa günümüzlə səsləşən, gülməli olduğu qədər də kədərli olan tamaşada baş qəhrəmanı canlandırır.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Nabat Salamova, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov və başqaları çıxış edirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar