Oktyabrın 17-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində teatrın aktyoru Bəhruz Əhmədlinin “Ora-bura” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.
Səhnə əsərinin ideya müəllifi və quruluşçu rejissoru Bəhruz Əhmədlidir. Rolları Əməkdar artist Elman Rəfiyev, aktyorlar Elnur İsmayılzadə, Əli Əlizadə, Nurlan Rüstəmov və Solmaz Bədəlova ifa edəcəklər.
Tamaşanın mövzusu insan taleləri, münasibətləri və xatirələri haqqındadır. Hadisələr avtobus dayanacağında cərəyan edir. İki kişi və bir gənc qadın əllərində çamadan səbirsizliklə avtobus gözləyir. Avtobusun yubanması onların çamadanda özləri ilə götürdükləri keçmişlərinin, dünyagörüşlərinin açılmasına şərait yaradır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar