Qusar Dövlət Ləzgi Dram Teatrında Rəvan Tohidoğlunun “Taleyin oyunu” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamları İlqar Burziyev, Marina Mahmudova, musiqi tərtibatçısı Fərhad Xəlilovdur.
Ailə-məişət problemlərini əhatə edən müasir yozumlu tamaşa Qurban adlı iş adamının həyat yoldaşını aldatmasından, bütün var-dövlətini məşuqəsinə xərcləməsindən bəhs edir. Əsərdə yalan, riyakarlıq, əyri yollarla pul qazanmaq, insanları duyğularından sui-istifadə edərək bədbəxtliyə sürükləmək kimi ictimai neqativlər əks olunub. Tamaşanın ilin sonunadək təhvil verilməsi nəzərdə tutulub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar