Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi oktyabrın 25-də Rusiya Federasiyası Kalmıkiya Respublikasının Elista şəhərinə qastrol səfərinə gedəcək. Yaradıcı heyət 4 gün müddətində Kalmık Milli Dram Teatrının səhnəsində uşaqlar üçün Pərvinin "Dəcəl keçi" və böyüklər üçün Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" tamaşalarını nümayiş etdirəcək. Qeyd edək ki, iki teatr arasında əməkdaşlıq müqaviləsinə əsasən, "Xortdanın cəhənnəm məktubları" tamaşasına Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi Boris Manciyev quruluş verib.
Səfər çərçivəsində Elista Dövlət İncəsənət Muzeyində Gənc Tamaşaçılar Teatrının rəssamı, hər iki tamaşanın səhnə tərtibatçısı Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi təşkil ediləcək. Sərgidə rəssamın yüzdən artıq qrafik və yağlı boya ilə işlənmiş əsəri nümayiş olunacaq.
Elista Şəhər Filarmoniyasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşı, aktyor-müğənni İlham Əsədovun iştirakı ilə xalq və müasir bəstəkar mahnılarından ibarət konsertin keçirilməsi də nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar