Azərbaycan Dövlət Musiqili Teatrı daha bir premyeraya hazırlaşır. Hazırda məşq prosesində olan tamaşa Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı" komediyası əsasında səhnələşdirilir. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova yeni səhnə əsərində teatrla kinonun sintezini bir araya gətirməyə çalışıb.
Qeyd edək ki, tamaşanın bəstəkarı Firudin Allahverdi, dirijoru Fəxrəddin Atayev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, bədii tərtibatçısı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova və başqaları ifa edəcəklər.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar