Oktyabrın 8-dən 10-dək Türkmənistanın qədim Marı (Mərv) şəhərində “Türk Dünyası Mədəniyyət Paytaxtı - 2015” ili çərçivəsində TÜRKSOY-a üzv ölkələrin Teatr Direktorları Baş Şurasının 4-cü toplantısı gerçəkləşib.

Tədbirdə TÜRKSOY ölkələri Teatr Direktorları Baş Şurasının koordinatoru, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, quruma üzv ölkələrin teatrlarının təmsilçiləri iştirak edib.
Bu barədə məlumat verən Elçin Qafarlı toplantının açılışının Marı vilayəti Kəminə adına Dövlət Dram Teatrında keçirildiyini bildirdi. Əvvəlcə teatrın qarşısında Türkmənistan sənətçilərinin konsert proqramı və teatr tamaşalarından parçalar nümayiş etdirilib. Sonra iştirakçılar teatrın tamaşalarında istifadə edilən geyim və dekorasiyalardan ibarət sərgi ilə tanış olublar.
Toplantını Türkmənistan Alp Arslan Milli Dram Teatrının baş direktoru Handurdu Berdiyev açıb. Şura üzvləri öz ölkələrində teatr sahəsində fəaliyyətləri ilə bağlı çıxış ediblər. Çıxışlardan sonra Türkiyə, Qazaxıstan və Tatarıstan teatrlarının heyətləri tamaşaçılara qısa tamaşalar göstəriblər.
Sonra toplantı Marı Dövlət Muzeyində davam edib. İştirakçılar bu mübadilə və işbirliyinin inkişaf etdirilməsi üçün türkdilli ölkələrin teatr festivallarının davam etdirilməsinin vacibliyini vurğulayıblar. Şura adından Tuva Respublikası (RF) V.Kok-olla Milli Musiqi Dram Teatrının 80 illiyi münasibətilə direktoru Stanislav İrili və “Çitgen” Hakas Dram və Etnik Musiqi Teatrının 25-ci mövsümü münasibətilə direktor Vitali Kanziçakovu təbrik ediblər.
Sonda toplantının bəyannaməsi qəbul edilib.

Mehparə Sultanova,
Ankara







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar