Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, respublikanın Əməkdar artisti fəxri adına layiq görülən Əzizağa Əzizov doğum gününü qeyd edir.
55 yaşı tamam olan aktyor deyib: “Təqribən 25 ildir ki, ad günümü təntənəsiz-təmtəraqsız - çox adi şəkildə evdə ailə üzvlərimlə birgə qeyd edirəm. Bu il də istisna olmayacaq. Dostlar, tanışlar, həmkarlarım, hətta tamaşaçılar zəng vurub təbrik edirlər. Hamıya “Sağ olun! Var olun!” deyirəm. Bildiyiniz kimi bu yaxınlarda Əməkdar artist fəxri adına layiq görüldüm. Sənətimi bu cür yüksək qiymətləndirdiyinə görə bir daha ölkə başçısına - Prezident İlham Əliyev cənablarına təşəkkür edirəm. Doğum günüm ərəfəsində mənə verilmiş bu yüksək qiyməti 55 illik yubileyimlə bağlı ən böyük hədiyyə hesab edirəm”.
Əzizağa Ağayar oğlu Əzizov 1960-cı il oktyabrın 20-də anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyoru fakültəsini bitirib. İş fəaliyyətinə 1985-ci ildə Gəncə Dövlət Dram Teatrında başlayıb. 1986-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyətini davam etdirib. 1989-1990, 1994-1995-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləyib. Müəyyən fasilədən sonra - 1999-cu ildən bu günə kimi Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Azərbaycan dramaturqlarının, eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Bir sıra serial və filmlərdə, o cümlədən, “Aramızda qalsın” (Əjdər), “Yaşıl eynəkli adam-3” (Serjant), “Qardalı kəndinin gecələri” (Xasməmməd), “Bir ailəm var” (Vidadi) və başqa obrazları canlandırıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar