Bu il Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızının 60 yaşı tamam olur. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Evində aktrisanın yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev Xalq artistinin həyat və yaradıcılığından söz açaraq onun mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.
Sonra Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin "Toya bir gün qalmış" komediyası nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Nabat Salamova, rejissor assistenti Tamilla Aslanovadır. Səhnə əsərində yubilyarla yanaşı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları çıxış edirlər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar