Milli Dram Teatrının Bədii Şurasının növbəti iclası keçirilib. İclasda ilk olaraq repertuara yeni daxil edilən Erik Emmanuel Şmitdin “Müsyö İbrahim və Quran çiçəyi” əsərinin (rejissor Ərşad Ələkbərov) tamaşasının müzakirəsi keçirilib.
Şura üzvləri tamaşada rejissor işi, aktyor oyunu və səhnə tərtibatı barədə fikirlərini bölüşüblər. Sonra Mehriban Ələkbərzadənin quruluşunda Qriqori Qorinin “Herostratı unudun” əsərinin tamaşasının tərtibat eskizləri müzakirə olunub. Tamaşanın tərtibat həlli bəyənilib və qəbul edilib.
İclasda həmçinin teatrda yaradıcı nizam-intizam, bəzi tamaşaların repertuardan çıxarılması, teatr və mətbuat münasibətləri, yubiley tədbirlərinin keçirilməsi haqqında fikir mübadiləsi aparılıb. Teatrın daxili imkanları hesabına səhnəyə qoyulan bir sıra tamaşaların repertuardan çıxarılması haqqında qərar qəbul edilib. Şura üzvləri bunu həmin tamaşaların bədii-estetik xüsusiyyətlərini itirməsi ilə əsaslandırıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar