Noyabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasının tamaşası olacaq.
Tamaşada aparıcı partiyalardan Violetta rolunu teatrın solisti, Əməkdar artist, Prezident mükafatçısı İnarə Babayeva, Alfred rolunu isə Əməkdar artist Fərid Əliyev ifa edəcəklər. Onlarla yanaşı Xalq artisti, vokalçıların Bülbül adına I müsabiqəsinin Qran-pri mükafatçısı Əli Əsgərov (Markiz d"Obinyi), əməkdar artistlər Səbinə Vahabzadə (Flora) və Anton Ferştandt (Doktor Qrevil) çıxış edəcəklər.
Tamaşaya Almaniya və Ukrayna sənətçiləri də dəvət edilib. Ukrayna Milli Operasının aparıcı solisti, bu ölkənin Əməkdar artisti Dmitri Qrişin Jermon rolunu ifa edəcək. Operanı almaniyalı dirijor, Qut-İmmlinq opera sənəti festivalının musiqi rəhbəri Korneliya fon Kerssenbrok idarə edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar