Uşaqların sevimli məkanı olan Abdulla Şaiq adına Dövlət Kukla Teatrında daha bir fərqli yozumlu səhnə əsərinin məşqlərinə start verilib. Teatrda rus yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında eyniadlı tamaşa hazırlanır.
Gənc rejissor Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələri dəf etməyin mümkünlüyü təşkil edir. Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada indiki dövr uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanları da sintez edilib.
Noyabrın sonuncu həftəsində premyerası reallaşacaq tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır. Əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnarə Hacıyeva, Elnur Xəlilov, Cavid Telman və Araz Həsənov oynayırlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar