Rus Dram Teatrının ən çox baxılan tamaşası

Oktyabrın 30-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində rejissor İlqar Safatın ingilis yazıçısı Ceyn Ostinin "Qürur və qərəz" romanı (1813) əsasında səhnələşdirdiyi eyniadlı tamaşa növbəti dəfə oynanılacaq.
Bu, teatrın ən çox bilet satılan tamaşasıdır.
Tamaşanın rəhbəri Xalq artisti Aleksandr Şarovskidir. Rolları Əməkdar artist Natalya Baliyeva, Xalq artisti Səfa Mirzəhəsənov, aktyorlar İnna İmranova, Olqa Arsenteva, Mariya Duboviskaya, Fatima Əliyeva, Oleq Əmirbəyov, Olesya Qasımova, Ramil Əliyev, Yuri Omelçenko və başqaları oynayırlar.
Qeyd edək ki, bu günə qədər "ingilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin "Qürur və qərəz" romanı maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteri ilə hamıda rəğbət oyadan baş qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər. Bu əsər əsasında dünya kinematoqrafçıları bir neçə film çəkiblər. Əsər əksər dünya teatrlarının repertuarına daxildir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar