Noyabrın 16-17-də Rusiyanın Voronej şəhərində MDB ölkələri gənc opera solistlərinin qala-konserti keçiriləcək. Konsertə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova da dəvət olunub.
Voronej şəhəri 2015-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilib və qala-konsert bu layihə üzrə ilin yekun mədəni tədbiridir. Konsertdə Azərbaycan təmsilçisi klassik operalardan parçalarla yanaşı, Ü.Hacıbəylinin “Koroğlu” operasından Nigarın ariyasını da ifa edəcək.
Afaq Abbasova gənc olmasına baxmayaraq, artıq Azərbaycanın hüdudlarından kənarda kifayət qədər tanınmış vokalçıdır, milli vokal sənətimizi bir çox ölkələrdə peşəkarlıqla təmsil edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar