Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Makedoniya və Monteneqro Milli Dram teatrları ilə müvafiq sahədə əməkdaşlıq edəcək. Artıq bu teatrlar tərəfindən Milli Dram Teatrına əməkdaşlıqla bağlı müraciət olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, müraciətdə qarşılıqlı qastrol səfərlərinin təşkili, dramaturji materialların, rejissor və teatr rəssamlığı sahəsində mübadilə məsələlərinin və qarşılıqlı mədəni bəhrələnmənin perspektivləri nəzərdə tutulub. Yaxın vaxtlarda nəzərdə tutulan müraciətlərlə bağlı qarşılıqlı görüşlərin keçiriləcəyi planlaşdırılır. Son vaxtlar teatr beynəlxalq əlaqələrini genişləndirərək, MDB və türkdilli dövlətlərlə də mövcud əməkdaşlığı inkişaf etdirir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar