Azərbaycan Dövlət Musiqili Teatrında yaradıcılıq studiyası bu mövsümdə yenidən fəaliyyətə başlayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, studiyaya tanınmış rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov rəhbərlik edir.
Studiyanın ilk məşğələsində yaradıcılıq planları, gələcək fəaliyyət haqqında məlumat verilib. Bildirilib ki, studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilmiş müsabiqə nəticəsində müraciət etmiş bir sıra teatrların gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər də təmsil olunurlar.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev yaradıcılıq studiyasının gənc üzvlərinə uğurlar arzulayıb. Ümidvar olduğunu bildirib ki, bu addım gənclərdə Musiqili Teatra marağın daha da güclənməsində, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsində mühüm rol oynayacaq. “Əsas məqsədimiz xoreoqrafiya, vokal, aktyorluq və ifaçılıq sahəsində xüsusi bacarığı ilə seçilən istedadlı gənclərə dəstək olmaqdır”, - deyə o əlavə edib.
Yaradıcılıq studiyasına istedadlı gənclərin qəbulu davam edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar