Sumqayıt Dövlət Dram Teatrında Qrimm qardaşlarının nağılları əsasında səhnələşdirilən “Cəsur dərzi” tamaşasına daxili baxış keçirilib. Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədovdur. Rolları Əməkdar artist Ulduzə Nəsir, aktyorlar İlqar İbrahimov, İlham Səfərli, İlahə Səfərova oynayırlar. Teatrın nəzdində fəaliyyət göstərən aktyor studiyasının üzvləri də epizodik rollarda çıxış edir.
Daxili baxışdan sonra keçirilən müzakirədə teatrın direktoru İslam Həsənov, baş rejissor Əməkdar artist Firudin Məhərrəmov, Əməkdar artist İzaməddin Bağırov, Fəranə Musayeva, baş rejissorun truppa üzrə köməkçisi Zöhrəli Əliyev çıxış edib.
Tamaşada çatışmayan cəhətlərin düzəldilməsi quruluşçu rejissora tövsiyə olunub.
Xatırladırıq ki, "Cəsur dərzi"nin premyerası noyabrın 6-da olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar