Noyabrın 28-də Dövlət Akademik Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının tamaşası olacaq. 1998-ci ildə Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuş “Arşın mal alan” 17 ildir ki, fasiləsiz olaraq teatrın repertuarındadır. Noyabrın 28-də baş tutacaq tamaşanın özəlliyi bu tamaşada ilk dəfə Gülçöhrə rolunda Xalq artisti Fidan Hacıyevanın çıxış etməsidir.
İndiyədək teatrda Karmen (“Karmen”), Amneris (“Aida”), Rozina (“Sevilya bərbəri”), Gülüş (“Sevil”), Asya (“Arşın mal alan”) və s. rolları yüksək professionallıqla ifa edən vokalçı ilk dəfə Gülçöhrə obrazında səhnəyə çıxacaq.
Əsgər rolunu Əməkdar artist Fərid Əliyev oynayacaq. Tamaşanı gənc dirijor Əyyub Quliyev idarə edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar