Noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Teatrının kollektivi təqdimatında görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərinin tamaşası nümayiş olunacaq.
Teatrın direktor müavini, Əməkdar artist Azad Məmmədov bildirib ki, tamaşaya rejissor Lalə Şirinova quruluş verib. Quruluşçu rəssamı Valeh Məmmədov olan səhnə əsərində əsas rolları aktyorlar Rasəf Mehdiyev, Zahid Mehdiyev, Vüsalə Məmmədzadə, Dürdanə Dünyamalıyeva və Xamirə İsgəndərova ifa edəcəklər.
Qeyd edək ki, dəfələrlə müxtəlif teatrlarımızda səhnəyə qoyulan “Solğun çiçəklər” görkəmli dramaturqun ailə-məişət mövzusunda yazdığı ilk sentimental melodramatik əsəridir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar