Azərbaycan Dövlət Musiqili Teatrında Oqtay Kazımi və Ramiz Heydərin “Qızıl toy” ikihissəli musiqili komediyası yeni quruluşda 20-ci dəfə nümayiş olunacaq.
Uzun müddətdir teatrın repertuarında olan tamaşanın yeni quruluşda təqdimatı noyabrın 6-da keçiriləcək.
Tamaşaçıların hər zaman böyük maraqla izlədiyi “Qızıl toy” komediyasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, quruluşçu rəssamı Vüsal Rəhimov, rejissor assistentləri Tamilla Aslanova və Anar Sadıqovdur. Rolları əməkdar artistlər Əzizağa Əzizov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Ruslan Mürsəlov, Rəsmiyyə Nurməmmədova və başqaları ifa edirlər.
Səhnə əsərində valideynə məhəbbət və iki gənc arasında saf, pak sevgi, bu yolda onların başına gələnlər incə bir yumorla tamaşaçılara çatdırılır.
Qeyd edək ki, “Qızıl toy” əsəri ilk dəfə teatrın səhnəsində 1980-ci ildə Rafiq Atakişiyevin quruluşunda tamaşaçılara təqdim olunub. İkinci dəfə əsər 1996-cı ildə rejissor Yusif Əkbərov tərəfindən səhnələşdirilib. Tamaşanın əvvəlki quruluşlarında Nəsibə Zeynalova, Siyavuş Aslan kimi böyük sənətkarlar rol alıblar. Hazırkı - üçüncü quruluşun premyerası isə ötən il keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar