Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşa Xalq artisti, professor Mənsum İbrahimovun 55 illik yubileyinə həsr olunub. Səhnəmizin bənzərsiz Məcnunu artıq 22 ildir ki, bu tamaşada çıxış edir. Yubiley tamaşasında sənətkarın tərəf-müqabili Xalq artisti Nəzakət Teymurova olacaq.
Qeyd edək ki, ötən illər ərzində Azərbaycan muğam sənətinin bir çox istedadlı qadın ifaçıları - xalq artistləri Səkinə İsmayılova, Qəndab Quliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Aygün Bayramova, Simarə İmanova Mənsum İbrahimovun tərəf-müqabili olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar