Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında maraqlı bir tamaşanın məşqlərinə start verilib. Bu dəfə uşaqların sevimli məkanında böyüklər üçün tamaşa hazırlanır.
“Melodiya” adlı səhnə əsərinin ideya və quruluş müəllifi teatrın baş rejissoru Qurban Məsimovdur. Ailə dramı olan tamaşa həm canlı plan, həm də cansız əşyaların - yuxarıdan asılan qadın və kişi paltarının - aktyorların oyununa daxil olmasından ibarətdir. Beləcə bütün hekayətin məğzini daha çox iki geyim danışır.
Müəyyən dram elementlərinin olduğu sözsüz tamaşada musiqi tərtibatı cazmen-bəstəkar Vaqif Mustafazadənin əsərləri əsasında qurulub.
Baş rejissor bu nümunə ilə hər bir problemin həllində anlaşmanı və sevgini qabarıq göstərmək istədiyini deyir. Cansız geyimlər “dilə” gəlməklə sanki bir məhəbbəti, sevgi hekayəsini dirçəldir. Xəfif külək asılmış geyimləri tərpədərək hərəkətə gətirir və beləcə yatmış hisslər canlanır, onlara sevgilərini, keçmiş gözəl anlarını xatırladır, sanki münasibətləri bərpa edir. Sevgi nağılından sonra həmin paltarları yığan qadın bir də uşaq geyiminə rast gəlir. Beləcə sehrli dillə qadınla kişi arasındakı problemin məhz uşaq vasitəsilə həll olunduğu və beləcə uşaqların ailələrin səadətində əsas rolu göstərilir.
Həll etibarilə daha çox festivallar üçün nəzərdə tutulan tamaşanın rəssamı Rəvanə Yaqubovadır. Obrazları Samirə Nəcəfova və Rəhim Rəhimov canlandırırlar.
İnsanlara məhəbbətin hər maneəni aşa biləcəyini göstərən 45 dəqiqəlik tamaşa noyabrın sonlarında təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar