Akademik Milli Dram Teatrında premyera

Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Herostratı unudun” tamaşasının premyerası keçiriləcək. Qriqori Qorinin eyniadlı əsəri əsasında hazırlanan tamaşaya Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verib.
Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, İradə Həsənova, aktyorlar Hikmət Rəhimov, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Ülvi Həsənov, Şamil İbrahimov, Elgün Həmidov çıxış edirlər.
Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar