Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Herostratı unudun!” tamaşasının premyerası keçirilib.
Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluş verdiyi səhnə əsərində rolları əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, İradə Həsənova və başqaları ifa edirlər.
Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Rus dramaturqu Qriqori Qorinin pyesi əsasında səhnələşdirilmiş “Herostratı unudun!” adlı ikipərdəli tragikomediyanın süjetini dünyanın yeddi möcüzəsindən biri hesab edilən, inşası 120 il davam etmiş, qədim Efes şəhərindəki Artemida məbədinin eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bazar alverçisi tərəfindən yandırılması hekayəsi təşkil edir. Herostrat məbədi yandırmaqla şöhrət qazanmaq və adını tarixə bu yolla həkk etmək istəyib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar