Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu üç gün ərzində beş tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, noyabrın 13, 14 və 15-də “Qafqazlı qardaşqızı”, “Toya bir gün qalmış”, “Qırmızıpapaq”, “Mən dəyərəm min cavana” və “Yağış göbələyinin macərası” tamaşaları təqdim olunacaq. Tamaşaçılar bu səhnə əsərlərində xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Emma Məlikova, Əkbər Əlizadə və başqalarının ifalarını izləyə biləcəklər.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Noyabrın 13-də “Qafqazlı qardaşqızı” əsəri, noyabrın 15-də isə “Yağış göbələyinin macərası” ikihissəli musiqili nağıl-tamaşası rus dilində təqdim olunacaq. Həmçinin noyabrın 14-də “Qırmızıpapaq” tamaşası uşaqlar üçün nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar