Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı məktəblilərin payız tətili günlərində maraqlı tamaşalarla çıxış edəcək. Teatrın mətbuat xidmətindən bildirilib ki, repertuarda orta məktəblərdə tədris olunan klassik və müasir dramaturgiya nümunələrinə geniş yer ayrılıb. Noyabrın 11-dən 22-dək teatrda hər gün məktəblilər üçün “Hekayəti-xırs quldurbasan” (M.F.Axundzadə), “Dəcəl keçi” (P.Nurəliyeva), “Çəkməli pişik” (Ş.Perro), “Çirkin ördək balası” (H.K.Andersen), “Qoğalın nağılı” (xalq nağılı), “Biri vardı, biri yox” (Ə.Ol), “Qaraca qız” (S.S.Axundov, A.Şaiq), “Danışan gəlincik” (A.Şaiq) və “Balaca və damda yaşayan Karlson” (A.Lindqren) tamaşaları təqdim olunacaq.
Teatr eyni zamanda ali məktəb tələbələrini və axşam tamaşalarının daimi izləyicilərini də yaddan çıxarmayıb. Bu günlərdə teatrsevərlər “Ağ ölüm” (V.Siqarev), “Hasarın o üzü” (Ə.Əmirli), “Romeo və Cülyetta” (U.Şekspir) və “Xortdanın cəhənnəm məktubları” (Ə.Haqverdiyev) tamaşalarını seyr edə biləcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar