Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında UNIMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə “Oyuq” teatr studiyasının yetirmələri Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə uşaq evlərinin sakinləri üçün “Yatmış gözəl” tamaşasını təqdim ediblər.
Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” studiyasının üzvləri mütəmadi olaraq tamaşa və konsert proqramları ilə həmyaşıdlarını sevindirirlər. Bu dəfə də xeyriyyə aksiyası çərçivəsində iki gün tamaşa-konsert nümayiş etdirilib.
İlk tədbir noyabrın 10-da Milli Onkologiya Mərkəzinin uşaq klinikasında baş tutub. Ertəsi gün isə tamaşa-konsert Dövlət Kukla Teatrında nümayiş olunub. Bakının bir neçə uşaq evi və internat məktəbinin sakinləri tamaşa salonunda istedadlı həmyaşıdlarının məharətini izləyiblər.
Şarl Perronun məşhur əsəri əsasında yazıçı Səidə Haqverdiyevanın səhnələşdirdiyi və Cəmilə Allahverdiyevanın quruluş verdiyi tamaşa-konsertdə Azərbaycan və dünya nağıl qəhrəmanları yer alıb. Teatrın aktyorları Cavid Telman və Elnur Xəlilovun ifasında şou-proqram da balacaların sevincinə səbəb olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar