Noyabrın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti, professor Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti nümayiş etdiriləcək.
İlk dəfə 2005-ci ildə səhnəyə qoyulan baletin librettosu “Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınıb və əbədi məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir. Tamaşa Rusiyada Azərbaycan mədəniyyəti günləri çərçivəsində Rusiya Akademik Böyük Teatrı (Moskva) və Mariinski Teatrının (Sankt-Peterburq) səhnəsində böyük uğurla nümayiş olunub.
2015-ci ilin fevralında P.Bülbüloğlunun 70 illik yubileyi münasibətilə balet yenidən səhnələşdirilib. Tamaşanın xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina, musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı Dmitri Çerbadjidir.
Tamaşada teatrın balet truppasının gənc solistləri ilk dəfə çıxış edəcəklər. Cəmilə Kərimova Baycan, Makar Ferştandt Azər, Anar Tahirov Yalıncıq, Ayan Eyvazova Ölüm rollarını ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar