Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tanınmış rusiyalı quruluşçu baletmeyster Aleksandra Tixomirovanı Bakıya dəvət edib. O, teatrın balet truppasının artistləri ilə ustad dərsləri keçirəcək.
Noyabrın 28-dən dekabrın 5-dək Bakıda olacaq A.Tixomirova balet truppasının aparıcı solistləri ilə birlikdə çalışacaq, onların bu və ya digər klassik balet tamaşasında aparıcı partiyaları yüksək professional səviyyədə ifa etməsi üzərində iş aparacaq.
Hazırda A.Tixomirova Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının müəllimi və Belarus Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteridir. Xoreoqraf Rusiya, Estoniya, Finlandiya və Belarusun müxtəlif opera, dram və musiqili teatrlarında 60-dan artıq tamaşaya quruluş verib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar