Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının dekabrın 3-də keçiriləcək tamaşası uzun illər bu səhnədə Məcnun rolunun ifaçısı olmuş görkəmli muğam ustası, Xalq artisti Baba Mahmudoğlunun (1940-2006) xatirəsinə həsr ediləcək.
Sənətkarın xatirəsinə həsr olunmuş tamaşada Leyli rolunda gənc və istedadlı sənətçi Güllü Muradova debüt edəcək. Güllü 2007-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən televiziya muğam müsabiqəsində I yerə layiq görülüb. Gözəl səhnə görkəmi və yüksək vokal imkanına malik olan istedadlı müğənni muğam, xalq və bəstəkar mahnılarını böyük ustalıqla ifa edir.
Tamaşada Məcnun rolunu Əməkdar artist, Prezident mükafatçısı Səbuhi İbayev ifa edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar