Xəbər verdiyimiz kimi, AMEA-nın Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və “Hədəf” Nəşrlər Evinin birgə təşkilatçılığı ilə “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsi keçirilib. Müsabiqəyə təqdim olunan 100-dən artıq pyesdən 10-u seçilərək münsiflər heyətinin müzakirəsinə verilib.
Münsiflərin yekdil rəyinə əsasən “Anamın kitabı” ədəbi müsabiqəsində I yerə gənc yazar Sevinc Elsevərin qələmə aldığı “Ürəyində arzu tut” pyesi layiq görülüb. Daha öncə də elan olunduğu kimi, müsabiqədə qalib olan əsər Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdiriləcək. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov mükafatlandırma mərasimində bunu bir daha diqqətə çatdırmışdı.
Artıq əsər əsasında “Arzu və Murad” tamaşasının hazırlıq işləri başlanıb. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri isə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Rolları Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.
Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, mənəvi durumu əsərin əsas ideyasını təşkil edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar