Noyabrın 26-27-də İstanbulda görkəmli türk yazıçı-dramaturqu Haldun Tanerin 100 illik yubileyi münasibətilə teatr konfransı keçiriləcək. TÜRKSOY-un elan etdiyi “Haldun Taner ili” çərçivəsində gerçəkləşəcək tədbirdə türkdilli respublikalardan tanınmış yazarlar, teatrşünaslar, aktyorlar iştirak edəcəklər. Həmçinin Haldun Tanerin türkdilli respublikalarda tamaşaya qoyulacaq əsərləri barədə qonaqlara məlumat veriləcək.
Qeyd edək ki, TÜRKSOY təşkilatı 2015-ci ili Haldun Tanerin 100 illik yubileyi münasibətilə məşhur ədibin xatirə ili elan edib. Bu münasibətlə türkdilli respublikaların teatrlarında, o cümlədən Azərbaycan səhnəsində müəllifin əsərləri tamaşaya qoyulacaq.
Tamaşalardan biri Şəki Dövlət Dram Teatrında hazırlanacaq. Teatrda Haldun Tanerin "Və dəyirman dönərdi" əsəri əsasında eyniadlı tamaşa səhnələşdiriləcək. Akademik Milli Dram Teatrında da türk dramaturqun əsərinin səhnəyə qoyulması nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar