Dövlət Akademik Milli Dram Teatrında İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Seyid İbrahim İbrahiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Təbriz Teatrının rejissoru Babək Nəhreyi, illüziya ustası Cavad Əkbəri, rəssam Əkbər İsmaili iştirak edib.
Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov iki qonşu ölkə arasında teatr əlaqələri ilə bağlı fikirlərini bölüşüb, əməkdaşlığın zəruriliyi haqda danışıb. Qeyd edib ki, rəhbərlik etdiyi teatrın kollektivi İranda keçirilən Fəcr beynəlxalq teatr festivalında iştirak edib. Direktor nümayəndə heyətinin Təbriz Teatrı və Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq təklifini müsbət dəyərləndirib.
Öz növbəsində Seyid İbrahim İbrahimi iki ölkə arasında teatr əlaqələrini daha da genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb. Mərkəzin sədri yaxın aylarda Təbriz Teatrının Akademik Milli Dram Teatrında tamaşa ilə çıxış etmək niyyətində olduğunu deyib. Görüşdə bununla bağlı müzakirələr aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar