Dekabrın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək. Klassik balet sənətinin ən gözəl nümunələrindən olan əsər uzun illərdir teatrın repertuarındadır.
Budəfəki tamaşada azərbaycanlı sənətçilərlə birgə səhnəni Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri Olqa Qayko (Odetta-Odilliya) və İqor Onoşko (Ziqfrid) də bölüşəcəklər.
Tamaşada balet truppamızın solistləri - əməkdar artistlər Samir Səmədov (Rotbart), Tamilla Məmmədzadə və Cəmilə Kərimova, Leyla Narimanidze, Failə Bolqarova (kiçik qu quşları), Nigar İbrahimova, Elmira Süleymanova, Ayan Eyvazova, Samirə Məmmədova (böyük qu quşları) və başqaları iştirak edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar