Tanınmış rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun Mingəçevir Dövlət Dram Teatrında quruluş verdiyi "Son reportaj" tamaşasının premyerası keçirilib.
Tamaşanın əsas süjet xətti yaradıcı insanların sənətdə üzləşdiyi rəqabətdən bəhs edir. Bu zaman bəzən itirən həqiqi sənət, qazanan isə diletant və difiramb söyləyənlər olub. İlqar Fəhminin qələmə aldığı “Son reportaj”da məhz belə amillər ön plana çəkilib.
İlqar Fəhminin bu pyesinin ilk dəfə məhz Mingəçevir Dram Teatrında hazırlanması və teatrın yaradıcılarından sayılan Əməkdar artist Akif Mirabov və qocaman aktyor Şıxı Yaqubovun sənət benefisinə çevrilməsi kimi də xüsusi qeyd olunmalıdır. Əslində teatrın rəhbərliyi və tamaşanın quruluşçu rejissoru bu pyesi məhz həmin aktyorlar üçün seçib.
Onu da qeyd edək ki, bu tamaşa Bəhram Osmanovun Mingəçevir teatrında ilk işi deyil. Təyyar və Seymur rollarını teatrın gənc aktyorları Asim Əmirov və Firuz Hacıyevə həvalə edən rejissor tamaşada yaşlı və gənc sənətçilərin birliyini yarada bilib.
Səhnə əsəri forma və üslub baxımından Mingəçevir Dram Teatrı üçün yenilik olsa da, ifaçılar maraqlı, lakonik idarə vasitələri ilə tamaşanı daha da baxımlı etməyə çalışıblar.
Rəssam Yusif İmamverdiyevin maraqlı səhnə tərtibatı, Elnur Rəsulovun musiqi seçimi əsərdə ön plana çəkilən fikirlərin təsir gücünün tamaşaçıya çatdırılmasında mühüm rol oynayır.
Səhnə əsərinin nümayişindən sonra müzakirəsi keçirilib. Yaradıcı heyətə minnətdarlıq edən rejissor bölgə teatrlarında tamaşa qoymasından daim məmnunluq duyduğunu və həmin teatrların aktyor potensialı ilə yaxından tanış olmaq imkanı qazandığını deyib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar