Xalq artisti Elmira İsmayılova 70 illik yubileyi münasibətilə və teatr sənəti sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası ömrünün 47 ilini bu sənətə həsr edib. O, 1945-ci ildə İrəvanda ziyalı ailəsində anadan olub. 1968-ci ildə İrəvan Pedaqoji İnstitutunu bitirib, həmin ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Bu illər ərzində teatrda səhnəyə qoyulan tamaşalarda xarakterik qadın rollarının ifaçısı kimi tanınıb. Aktrisanın səhnə obrazlarından Humay (S.Rəhman, "Əliqulu evlənir"), Afət (M.Şamxalov "Qayınana"), Qrafinya (U.Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Oqudalova (A.Ostrovski, "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni, "İki ağanın bir nökəri"), Xala (Ü.Hacıbəyli, "Arşın mal alan") və s. rolları qeyd etmək olar. Elmira İsmayılova "Ömürdən uzun gecə" (Hidayət), "Əkizlərin nağılı" (P.Pançev) televiziya tamaşalarında da maraqlı obrazlar yaradıb.
2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 2007-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar