Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Peşəkar Dram Teatrının aktyoru və rejissoru Turqay Vəlizadə Türkiyənin İstanbul şəhərində keçirilən "XV Direklerarası Seyirci Ödülləri"nin laureatı olub.
Direklerarası İstanbulun incəsənət, o cümlədən teatr ocaqlarının yerləşdiyi tarixi küçəsidir. XIX əsrdə şəhərin mədəniyyət məkanı kimi tanınıb. Mükafat 2001-ci ildə təsis edilib. “Direklerarası Seyircilər”in “xalq jürisi” teatr mövsümündə göstərilən tamaşalara baxaraq müxtəlif nominasiyalar üzrə qiymətləndirir.
2014-2015-ci illər mövsümünün mükafatçıları arasında Gürcüstanı təmsil edən soydaşımız da var. Turqay Vəlizadə ən yaxşı xarici rejissor nominasiyasında fərqlənib. İftixarın "Eşqin tikan dairəsi" əsərinin əsasında hazırladığı eyniadlı tamaşaya görə bu mükafata layiq görülən Turqay Vəlizadə tamaşada aktyor kimi də çıxış edib. Tamaşada Tiflis teatrının aparıcı aktyorları Aslan Məmmədov və Marianna Məmmədova da rol alıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar