Akademik Milli Dram Teatrında jurnalist Ramilə Qurbanlının “33 pərdəli dram” kitabının təqdimatı və imza günü keçirilib.
Mərasimdə çıxış edən teatrın bədii rəhbəri-baş rejissoru, Xalq artisti Azərpaşa Nemət sənət adamlarının həyat və yaradıcılığına həsr olunan kitabların işıq üzü görməsini yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafı üçün onun hərtərəfli araşdırılmasına və təbliğinə ehtiyac var. Mədəniyyət və incəsənət, o cümlədən ədəbiyyat xadimlərinin sənət və həyat yolları oxucu kütləsi üçün həmişə maraq kəsb edib. Xalq yazıçısı Çingiz Abdullayev, millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Xalq artisti Fuad Poladov, yazıçı-dramaturq Əli Əmirli və başqaları kitabın dəyərindən, müəllifin mədəniyyət xadimlərinə olan diqqətindən bəhs ediblər. Qeyd olunub ki, kitab 33 sənətkarın həyat və yaradıcılığını, keçdiyi sənət yolunu canlandırır və bu sahədə gənc nəslin maariflənməsinə xidmət edir.
Sonda müəllif kitabını imzalayaraq tədbir iştirakçılarına təqdim edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar