Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İrana qastrol səfəri edəcək. Urmiya şəhərinin Mədəniyyət İdarəsindən teatra gələn dəvət məktubuna əsasən qastrol səfəri çərçivəsində “Bir səbət tənhalıq” tamaşası nümayiş etdiriləcək.
2014-cü ildə yazıçı-dramaturq Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanan və teatrın kiçik səhnəsində nümayiş etdirilən tamaşa ötən il Türkiyənin Dənizli bölgəsində keçirilmiş teatr festivalında göstərilərək mükafata layiq görülüb.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Fiziki qüsurlu gənc qız və bəxtsiz cavandan bəhs edən tamaşada rolları Güşvər Şərifova və Eşqin Quliyev ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar