Qusar Dövlət Ləzgi Dram Teatrı yaxın günlərdə tamaşaçılarını yeni səhnə əsərləri ilə sevindirəcək. Dekabrın 15-də Əhməd Orucoğlunun ssenarisi əsasında hazırlanan “Nənənin kələyi” tamaşasının premyerası olacaq.
Rejissor Bağır Əhmədovun quruluş verdiyi səhnə əsərində iki gəncin sevgisi və buna qarşı çıxan nənənin münasibəti canlandırılır. Hazırda komediyanın məşqləri davam etdirilir. Əsərin səhnələşdirilməsi üçün xüsusi işıq effektləri və dekorasiyalar qurulur.
Musiqi tərtibatçısı Şaiq Qardaşov, rəssamı İlqar Burzıyev olan tamaşada rolları Tamara Məmmədova, Esmira Paşayeva, Namik Mustafayev və başqa aktyorlar ifa edirlər.
Teatrın direktoru Faiq Qardaşov bildirib ki, əsər rayonun kəndlərində də nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar