İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Tomas Danestad Dövlət Gənc Tamaşaçılar Teatrında olub.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov qonağa teatrla bağlı məlumat verib. Görüşdə Gənc Tamaşaçılar Teatrında birgə layihənin həyata keçirilməsi haqqında müzakirələr aparılıb. Layihədə görkəmli İsveç yazıçısı, uşaqların sevə-sevə oxuduqları “Balaca və damda yaşayan Karlson”, “Uzuncorab Peppi” və digər maraqlı əsərlərin müəllifi Astrid Lindqrenin yaradıcılığı əsas götürüləcək.
M.Həmidov bildirib ki, A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsəri artıq teatrda beynəlxalq layihə çərçivəsində səhnələşdirildiyinə görə yazıçının digər əsərləri oxunaraq ümumi qərar qəbul ediləcək.
T.Danestad teatrın repertuarında artıq iki İsveç müəllifinin (A.Lindqren - “Balaca və damda yaşayan Karlson”, L.Nuren - “Mən gəldim, qızlar” (“Müharibə”) əsərlərinin olmasının onda xoş təəssürat yaratdığını bildirərək, bu əməkdaşlığın uğurlu alınacağına inamını ifadə edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar