Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dekabrın 15-də premyera tamaşası ilə teatrsevərləri bir araya gətirəcək. Balacalar bu dəfə tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun "Yatmış gözəl" nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı izləyəcəklər.
Teatrın gənc rejissoru Anar Məmmədovun quruluş verdiyi, komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.
Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.
Rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov, Cavid Telman, Samirə Nəcəfova, Elmira Hüseynova ifa edirlər.
Teatr Yeni il bayramı günlərində bu tamaşa ilə çıxış edəcək. Balacalar teatrda Şaxta baba və Qar qız, eləcə də məşhur nağıl qəhrəmanlarının ifasında qısa əyləncəli proqramı da izləyə biləcəklər.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar